AZ

Rəsmi Tehran: "ABŞ-la müzakirə olunan məsələlərin böyük hissəsi üzrə nəticəyə gəldiyimizi demək olar"

ABŞ-la danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

O deyib ki, hazırkı mərhələdə nüvə proqramının detalları müzakirə olunmur.

XİN sözçüsü qeyd edib ki, Livanda müharibənin dayandırılması məsələsi ilkin razılaşma layihəsinə daxil edilib.

Bəqainin sözlərinə görə, son günlərdə baş verən irəliləyiş Pakistanın vasitəçiliyi və digər bəzi ölkələr vasitəsilə aparılan bir neçə həftəlik danışıqların nəticəsidir.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

6Mənbələr