AZ

ABŞ də Baltikyanı ölkələr ən təhlükəli bölgə adlandırıldı

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kolumbiya Universitetinin professoru Ceffri Saks Baltikyanı ölkələri hazırda dünyanın ən təhlükəli bölgəsi adlandırıb.

BAKU.WS xəbər verir ki, o, bu fikirləri "YouTube" kanalına müsahibəsində səsləndirib.

Professor bildirib ki, Baltikyanı ölkələrdə Rusiyaya qarşı nifrət və müharibə çağırışları açıq şəkildə hiss olunur.

"Baltikyanı ölkələr hazırda bəlkə də planetin ən təhlükəli yeridir. Orada sözün əsl mənasında müharibə, qisas və Rusiyaya nifrət tələb olunur", – deyə Saks vurğulayıb.

Onun sözlərinə görə, Baltikyanı ölkələrdəki rusofobiya, Ukraynadakı vəziyyət, Almaniyanın yenidən silahlanma ilə bağlı açıqlamaları və Fransa ilə Böyük Britaniyanın siyasəti böyük fəlakət riski yaradır.

Ekspert hesab edir ki, Ukrayna Avropada gərginliyin artmasına çalışır. O bildirib ki, Kiyev Rusiyaya qarşı təkbaşına mübarizə apara bilmədiyi üçün Avropa ölkələrini münaqişəyə cəlb etməyə çalışır.

Saks əlavə edib ki, Ukrayna Avropanın müharibəyə qoşulacağı halda ABŞ-nin də prosesə daxil olacağına ümid edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
baku.ws

2Mənbələr