AZ

İvanişvili: "Süni qütbləşməni aradan qaldırmaq üçün gənclər arasında dialoq mütləqdir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişvilinin oğlu Tsotne İvanişvili partiyanın gənclər təşkilatının Rustavidə keçirilən regional konfransında çıxış edərək, cəmiyyətdə guya gənclərin əksəriyyətinin hakim partiyaya qarşı radikal mənfi münasibətdə olması ilə bağlı yanlış stereotipin mövcud olduğunu bildirib. 

O qeyd edib ki, müxtəlif mövzularda fərqli baxışlara sahib olmaq normaldır və əgər insanlar öz vətənlərini səmimi qəlbdən sevirlərsə, istənilən mövzuda diskussiya apara bilərlər, çünki məhz bu cür sağlam polemikalardan möhkəm mövqe və həqiqət doğur. Bu formatın gənclər arasında dialoqun mümkünlüyünü sübut etdiyini vurğulayan İvanişvili, gənclər təşkilatının rəhbərliyinə müraciət edərək, ölkədəki süni qütbləşməni aradan qaldırmaq üçün bu cür görüşlərin bütün Gürcüstan miqyasında uzunmüddətli və daimi xarakter almasının vacibliyini dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr