AZ

Qulu Məhərrəmli: “Hakimiyyət CHP ni parçalamağa çalışır”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə siyasət yenidən gərgin və təhlükəli bir mərhələyə daxil olur.

Müxalifətin əsas dayağı sayılan CHP ətrafında baş verən son hadisələr artıq təkcə partiyadaxili böhran kimi deyil, dövlətin güc strukturlarının siyasətə açıq müdaxiləsi kimi qiymətləndirilir.

Polis zorakılığı, məhkəmə qərarları və keçmiş lider Kamal Kılıçdaroğlunun yenidən ön plana çıxarılması bir çoxlarına görə təsadüfi proses deyil.

Bir çox siyasi müşahidəçilər hesab edir ki, məqsəd CHP-ni daxildən parçalamaq, onu təsirsiz və idarəolunan siyasi quruma çevirməkdir.

Türkiyə demokratiyasının gələcəyi baxımından ciddi suallar doğuran bu proses cəmiyyətdə həm narahatlıq, həm də kəskin etiraz yaradıb.

Siyasi şərhçi Qulu Məhərrəmli Gununsesi.info-ya deyib ki, məlum məhkəmə qərarının polis tərəfindən xüsusi qəddarlıqla icra edilməsi prosesin arxasında hakimiyyətin olduğunu göstərir:

“Bir az əvvəl Ankarada çevik polis qüvvələri zor tətbiq edərək Cümhuriyyət Halk Partiyasının (CHP) binasına girib. Binadakı  partiya üzvlərinə qarşı gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edilib. Məqsəd tarixin arxivinə atılmış keçmiş partiya sədri Kamal Kılıcdaroğlunu yenidən taxta çıxarmaqdır. Prezident Ərdoğanın ötən seçkilərdə “Bay, bay Kamal” deyib ələ saldığı K.Kılıçdaroğlu indi hakimiyyət üçün xeyli şirinləşib. Sonuncu bələdiyyə seçkilərində CHP-nin indiki rəhbərliklə qalibiyyəti də bu “şirinləşmə”ni xeyli artırıb”. Bay, bay Kamalı” yenidən siyasətə qaytarmaq üçün hakimiyyətin güc qolları (məhkəmə, polis, prokurorluq) eyni anda hərəkətə keçib. Təbii ki, “məhkəmə qərarı, polis hücumu və Kamal olayı”nın əsas məqsədi CHP-ni parçalamaq, zəiflətmək və onu təxminən MHP kimi əlaltı partiyaya çevirməkdir. Alınacaqmı? Alınsa da, alınmasa da, çoxları CHP ətrafında baş verən hadisələri həyasızlıq və qanunsuzluq kimi qiymətləndirir. Bunları zəifləməkdə olan Türkiyə demokratiyasına basqı, hüquq sisteminə, dövlət institutlarına və xalqın iradəsinə qarşı zərbə hesab edirlər”.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
icma.az

2Mənbələr