AZ

Azərbaycanlı zəvvarlardan nə xəbər var? - “Ziyarəti başlayıb”

“Son azərbaycanlı zəvvar qrup da artıq Məkkəyə çatıb. Hazırda hacılar onlar üçün ayrılmış xüsusi otellərdə yerləşdirilib və ziyarətin əsas mərhələlərinə hazırlaşırlar”.

Bunu “Yeni Sabah”a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bütün zəvvarların səhhəti normaldır və ciddi problem qeydə alınmayıb: Marqarita pizza

“Azərbaycan zəvvarları onlar üçün alınmış xüsusi otellərdə yerləşdiriliblər. Hamının səhhəti yaxşıdır. Kondisionerlər işləyir, isti hava ilə bağlı heç bir problem yoxdur”.

V.Cahangiri bildirib ki, ilk günlərdə zəvvarlar təməttö əməlini yerinə yetiriblər:

“Dünən axşamdan etibarən artıq böyük Həcc ziyarəti başlayıb. Azərbaycanlı zəvvarların bir hissəsi artıq Məkkədən Mina dağına yola düşməyə başlayır.Mayın 26-sı axşam isə zəvvarlar Ərəfatdan Müzdəlifəyə yola düşəcəklər. Bununla da zəvvarlarımız Həccin əsas əməllərini yerinə yetirmiş olacaqlar”.

Bu il Həcc ziyarətinə ümumilikdə 1,6 milyon müsəlman qatılıb. Azərbaycanın Həcc kvotası 1150 nəfər təşkil edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr