AZ

Zelenskinin Kiyevdəki mənzilinə dron hücumu olub - FOTOLAR

Ukrayna prezidenti Volodimir Zelenski və iş adamı Timur Mindiçin Kiyevdəki mənzillərinə hücum olub. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  hücum Rusiya ordusu tərəfindən həyata keçirilib.  Qeyd olunur ki, Zelenski və Mindiçin mənzilinin yerləşdiyi binaya dronlarla hücum olub.  Nəticədə binaya ciddi ziyan dəyib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Ukrayna paytaxtı dünən gecə raket və dronlardan istifadə edilməklə kütləvi hücuma məruz qalıb.

Daha əvvəl Rusiya silahlı qüvvələrinin Ukraynadakı hədəflərə birgə hücum etdiyi bildirilmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hədəflər hərbi komandanlıq obyektləri, hava bazaları və müdafiə sənayesi müəssisələri olub.

Seçilən
25
1
unikal.az

2Mənbələr