AZ

Auşvitsdə qətlə yetirilən yəhudilərin nadir görüntüləri Berlində nümayiş etdirilir

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

İkinci Dünya Müharibəsi zamanı, 1941-ci ilin mayında işğal altındakı Parisdə yəhudilərə qarşı keçirilən ilk kütləvi həbs dalğasını əks etdirən və 80 ildən çoxdur itkin sayılan 98 fotoşəkil yenidən tapılaraq sərgi formatında təqdim olunub.

"Euronews" xəbər verir ki, nasist rejiminin əmri ilə həyata keçirilən "Yaşıl vərəqə" reydi zamanı tutulan və əksəriyyəti sonradan Auşvits ölüm düşərgəsində qətlə yetirilən 3800-ə yaxın yəhudinin nadir görüntüləri Berlindəki Fransa səfirliyində nümayiş etdirilir.

Fotolar vaxtilə alman ordusunda xidmət edən yəhudi mənşəli fotoqraf Harri Kroner tərəfindən çəkilib və 2020-ci ildə Parisdəki Holokost Memorialı tərəfindən aşkar edilərək tədqiq olunub.

Həbslərin 85-ci ildönümünə təsadüf edən bu sərginin açılışında həmin basqından sağ qurtulan 91 yaşlı Liliana Risfeld də iştirak edərək öz acı xatirələrini bölüşüb.

Yəhudilərin Maddi İddiaları Konfransı tərəfindən təşkil edilən sərgi, müasir dövrdə artan antisemitizm və tarixin saxtalaşdırılması meyllərinə qarşı mühüm bir xəbərdarlıq xarakteri daşıyır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu tarixi anım layihəsi 9 iyul 2026-cı il tarixinədək Berlində ziyarətçilər\ açıq olacaq.

"Dünyada bircə məbəd var, o da insanın bədənidir..." - Alman yazıçıdan aforizmlər

Mabel Matizin həbsi tələb olunur

Laslo Krasnahorkai: "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
kulis.az

1Mənbələr