AZ

"Benfika" Türkiyə milisinin üzvünə təklif göndərdi

BAKI, 25 may. TELEQRAF

Portuqaliyanın “Benfika” klubu Türkiyə millisi “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddiaya görə, Portuqaliya klubu 25 yaşlı cinah oyunçusu üçün İstanbul təmsilçisinə 17 milyon avro (təxmini 19,3 milyon dollar) və bonuslar şəklində daha 2 milyon avroluq (2,3 milyon dollar) rəsmi təklif göndərib. Lakin “Qalatasaray” bunu geri çevirib.

İstanbul klubunun rəhbərliyi milli futbolçu üçün daha yüksək məbləğ istəyir. Bundan əlavə, ölkə çempionatında legionerlərlə bağlı yeni qaydalar yerli oyunçuların əhəmiyyətini artırıb.

Qeyd edək ki, Yunus Akgünün “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
16
teleqraf.com

1Mənbələr