AZ

Zelenski və Tixanovskaya görüşü: Belarus müxalifəti Kiyevə rəsmi səfər edib

Belarus müxalifətinin lideri ilk dəfə Kiyevə səfər edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə ilk dəfə Kiyevə rəsmi səfər edib. Onunla birlikdə Belarus Birləşmiş Keçid Kabinetinin nümayəndələri və demokratik qüvvələrin müşavirlərindən ibarət heyət də Ukrayna paytaxtına gəlib.

Səfər çərçivəsində Tixanovskayanın Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcəyi və Ukraynanın bərpasına dəstək məqsədilə keçirilən Şəhərlər və Regionların Beynəlxalq Sammitində iştirak edəcəyi planlaşdırılır.

Səfər Rusiyanın Ukrayna şəhərlərinə növbəti kütləvi hücumları fonunda baş tutur. Hücumları pisləyən Tixanovskaya “Lukaşenko rejiminin Rusiya terrorunu dəstəklədiyini” bildirib. O, Ukraynaya dəstəyini ifadə edərək vurğulayıb ki, hazırkı hakimiyyət dövründə Belarus “Rusiyanın hərbi platforması və region üçün təhdid olaraq qalır”.

Tixanovskayanın bu səfəri Belarus müxalifəti ilə Ukrayna hökuməti arasında əlaqələrin yeni səviyyəyə qaldırılması kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
1
interpress.az

2Mənbələr