ain.az, Kulis.az portalına istinadən məlumat verir.
Amerikalı rejissor Ron Hovard "Ağıl oyunları" (2002) filminin qəhrəmanının gerçək prototipinə çəkiliş meydançasına gəlməyi qadağan edibmiş.
Kulis.az xəbər verir ki, o, bu barədə "Far Aut" jurnalına müsahibəsində danışıb.
Ekran işinin ssenarisinin əsasını riyaziyyat dahisi Con Neşin həyat hekayəsi təşkil edir. Hovard real Neşlə tanışlığın aktyor Rassel Krouya onun obrazını canlandırmağa mane olmasını istəməyib.
Rejissor müsahibəsində bu qərarını belə izah edib:
"Mən ondan gəlməməsini xahiş etdim, çünki əvvəllər real insanlardan bəhs edən televiziya filmlərində işləmişəm və heç vaxt həmin şəxslərlə şəxsən görüşmək istəməmişəm. Mən narahat idim ki, Rassel daxilən işləmək əvəzinə, Neşə sadəcə təqlid etməyə çalışaraq özünü məcbur və ya məsuliyyətli hiss edəcək".

Bütün bunlara baxmayaraq, sonda Hovard Neşlə qarşılaşa biləcəyi ehtimalı ilə barışmalı olub. Çünki film məhz riyaziyyatçının yaşayıb işlədiyi Prinstonda çəkilirdi.
"Və o, günlərin bir günü sadəcə çəkiliş meydançasında bizə yaxınlaşdı. Mən onun Neş olduğunu anladım və açığı, bir az çaşqınlıq içində qaldım", - deyə rejissor xatırlayır.

Aktyor Rassel Krou da eynilə rejissor kimi çəkilişlər bitənə qədər Neşlə görüşmək istəmirmiş. Lakin o da bu görüşün qaçılmaz olduğu reallığı ilə barışıb. Sənətçi daha sonra bu görüş barədə fikirlərini belə ifadə edib:
"Əgər sizin də belə bir insanla görüşmək imkanınız olarsa, axmaq olmayın və bu fürsəti qaçırmayın".
Qeyd edək ki, "Ağıl oyunları" filminin süjeti parlaq riyaziyyatçı, Nobel mükafatı laureatı Con Neş, onun "Oyunlar nəzəriyyəsi"ndəki kəşfləri və ağır şizofreniya xəstəliyi ilə mübarizəsi ətrafında cərəyan edir.
Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu
Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"
Oljas Süleymenov: "Heydər Əliyev XX yüzilliyin ən güclü ideyalarının parlaq ifadəçisi idi" - TARİXİ ŞƏXSİYYƏT
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.