AZ

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik dövlətin əsasını təşkil etmiş və xalqımızın milli kimliyinin, hansı ideyalarla yaşamasının bariz göstəricisi olmuşdur. Bu ideyalar 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən Azərbaycan Milli Şurasının tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində aydın şəkildə ifadə olunmuşdur. Həmin sənəddə  Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, təbəqəsindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququ təmin etməsi göstərildi.

Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, genişmiqyaslı demokratik islahatlar həyata keçirməyə nail oldu və müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul etdi. Cümhuriyyətin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan Parlamentinin fəaliyyəti mütləq qeyd edilməlidir. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, mətbuat sahəsində senzuranın ləğv olunması kimi  tarixi əhəmiyyətə malik olan islahatların aparılması milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə müstəsna töhfələr verdi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə yol göstəricisi olmuşdur. Ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir.  Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprel ayının 28-də süquta uğradı.

XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlaya bildi. Daxili və xarici təsirlərə görə dövlət müstəqilliyini itirmə təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev xalqın ciddi tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müasir müstəqil Azərbaycan Ümummilli Liderin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Ümummilli Lider Heydər Əliyev siyaəstinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında 

dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır.

Son 20 ilə yaxın dövrdə qazanılan uğurların zirvəsində ərazi bütövlüyümüzün təmin olunması dayanır. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi 108 ilin zirvəsindən baxanda qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Hər bir hədəfə yüksək səviyədə nail olan Azərbaycan bu gün müstəqilliyinin dönməzliyi, ərazi bütövlüyünün təmin olunması ilə qürurludur.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
redaktor.az

2Mənbələr