AZ

Keyn son üç ildə ikinci dəfə "Qızıl buts"a yiyələndi

İngiltərə millisinin və "Bayern Münhen" klubunun hücumçusu Harri Keyn "Qızıl buts" mükafatını alacaq.

Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard 2025/2026 mövsümündə Avropa qitəsində yerli liqada ən çox qol vuran oyunçu olub. 

O, bu mövsüm Bundesliqada meydana çıxdığı 31 oyunda 36 dəfə fərqlənərək 72 xal əldə edib. Sıralamada ikinci yeri Premyer Liqada 27 qol (54 xal) vuran "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland tutub. "Real"ın forvardı Kilian Mbappe isə La Liqadakı 25 qolu ilə (50 xal) 3-cüdür.

Bu, Keynin ikinci "Qızıl buts" mükafatıdır. O, "Bayern"dəki debüt mövsümündə - 2023/2024-də də 36 qolla sözügedən mükafatı qazanıb. 

Keyn cari mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
3
fanat.az

1Mənbələr