AZ

Nigeriyada əməliyyat: 12 terrorçu məhv edildi

Nigeriyada
Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Borno ştatında keçirdiyi əməliyyat zamanı 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçulara qarşı həyata keçirilən “Hadin Kai” əməliyyatının media və informasiya üzrə nümayəndəsi Sani Uba bildirib ki, ordunun Borno ştatının Kirava bölgəsində "ISWAP" terror qruplaşmasının hücumunun qarşısı alınıb.
Onun sözlərinə görə, hücumdan sonra keçirilən əməliyyat nəticəsində terror təşkilatının 12 üzvü öldürülüb. Əməliyyat zamanı çox sayda terrorçunun yaralı vəziyyətdə qaçdığı, həmçinin böyük həcmdə silah-sursatın ələ keçirildiyi qeyd olunub. Sani Uba əlavə edib ki, silahlılar qarşıdurma zamanı ciddi itkilər verərək təşviş içində Kamerun sərhədi istiqamətinə geri çəkiliblər.

Qeyd edək ki, Nigeriya uzun illərdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də "Boko Haram" və "ISWAP" terror qruplaşmalarının hücumları ilə üz-üzə qalır.

Seçilən
12
1news.az

1Mənbələr