AZ

Sülh gözləntisi bazarları silkələdi: səhmlər qalxdı, neft kəskin ucuzlaşdı

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trump-ın İranla münaqişənin dayandırılması üzrə danışıqların irəlilədiyini bildirməsindən sonra, bazar ertəsi Asiya birjalarında səhmlər ümumilikdə artım nümayiş etdirib, neft qiymətləri isə kəskin şəkildə düşüb.

Nikkei 225 3.1% artaraq 65,321.56 bəndə yüksəlib. Avstraliyanın S&P/ASX 200 indeksi 0.4% artıb, Şanxay Kompozit indeksi isə 0.4% yüksəlib.

Bazarlar Cənubi Koreya və Honq Konqda bayram səbəbindən bağlı olub. ABŞ bazarları isə Memorial Day münasibətilə fəaliyyət göstərmir.

Bizimyol.info xəbər verir ki, Tramp danışıqların “nizamlı və konstruktiv şəkildə” davam etdiyini bildirib. Eyni zamanda regional mənbələr “The Associated Press”ə açıqlamasında ABŞ və İran arasında Hörmüz boğazının açılması və İranın yüksək zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini nəzərdə tutan razılaşmaya yaxın olduğu bildirilib.

Analitiklər hesab edir ki, Hörmüz boğazının açılması neft bazarının istiqamətini müəyyən edən əsas amil olacaq. Çünki bu boğazın bağlanması Fars körfəzindən neft daşınmasını məhdudlaşdırır.

Bazar şərhçilərindən Stiven Innes bildirib ki, investorlar geosiyasi risklərdən sülh gözləntilərinə keçid edir və bu, neft və dollar üzərində təzyiq yaradır.

Bunun fonunda ABŞ xam nefti 4.35 dollar ucuzlaşaraq 92.25 dollara, Brent nefti isə 4.16 dollar azalaraq 99.38 dollara düşüb.

Valyuta bazarında ABŞ dolları Yapon yeninə qarşı zəifləyib, avro isə dəyər qazanıb.

ABŞ fond bazarında isə əsas indekslər ardıcıl səkkizinci həftəni yüksəlişlə bağlayıb. Artım korporativ şirkətlərin gözləntiləri aşan maliyyə nəticələri ilə də dəstəklənib, lakin inflyasiya narahatlıqları istiqraz gəlirlərini yüksək səviyyədə saxlayır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr