AZ

İngiltərə klubu 53 ildən sonra avrokuboklara vəsiqə qazandı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Sanderlend" Premyer Liqanın son oyununda "Çelsi"ni 2-1 hesabı ilə məğlub edərək növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində komanda mövsümü 7-ci yerdə bitirib. 

Bununla da "Sanderlend" 53 ildən sonra ilk dəfə qitəmiqyaslı turnirdə iştirak edəcək. İngiltərə klubu sonuncu dəfə beynəlxalq yarışlarda ölkə kubokunun qalibi kimi 1973/74 mövsümündə iştirak etmişdi. 

Qeyd edək ki, "Sanderlend" bu mövsüm klubun Çempionşipdən Premyer Liqaya yüksələib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
sport24.az

1Mənbələr