AZ

Saliba sirri açdı: “Arsenal”ın çempion olacağını nə vaxt bilib?

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Arsenal” futbol komandasının müdafiəçisi Vilyam Saliba Premyer Liqa çempionluğuna nə vaxt inandığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu “Arsenal”ın mövsümün həlledici hissəsində artıq titul yolunda ciddi üstünlük qazandığını hiss etdiyini bildirib. London klubu üç mövsüm ardıcıl ikinci yeri tutduqdan sonra 22 ildən sonra İngiltərə çempionu olub.

Saliba çempionluq inamının mart ayında yarandığını deyib:

“Martda bunu bacara biləcəyimizi hiss etməyə başladım. “Everton”la oyundan sonra liqanı qazanacağımız mənə aydın idi”.

Müdafiəçinin sözlərinə görə, həmin qarşılaşmadakı qələbə komanda üçün çox vacib olub. O bildirib ki, “Mançester Siti”nin sonradan xal itirməsi də “Arsenal” üçün əlverişli vəziyyət yaradıb. Saliba milli komandalardan dönüşdən sonra çətinliklərin yaşandığını, amma komandanın inamını itirmədiyini vurğulayıb.

Fransalı futbolçu Çempionlar Liqasının finalında PSJ ilə keçiriləcək oyun barədə də danışıb. O, “Arsenal”ın mövsümün ən yaxşı müdafiə xəttinə malik olduğunu deyərək Paris klubunun hücumçularına qarşı mübarizəni səbirsizliklə gözlədiyini bildirib.

Saliba PSJ-ni finalın favoriti sayır. Onun fikrincə, buna səbəb Paris təmsilçisinin ötən mövsüm Çempionlar Liqasını qazanması və yenidən finala yüksəlməsidir.

“Bunu dəyişmək istəyiriksə, qalib gəlməliyik”, - deyə müdafiəçi əlavə edib.

Qeyd edək ki, “Arsenal” - PSJ finalı 30 mayda Budapeştdə keçiriləcək. London klubu Çempionlar Liqasında ilk titulunu qazanmağa çalışacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr