"Bayern”in fəxri prezidenti Uli Höneess “Barselona”nın hücumçusu Harri Keynə olan marağından danışıb.
Moderator.az xəbər verir ki, fəxri prezident bu barədə “Das Erste”yə bildirib.
– Harri Keyn indiyə qədər etdiyimiz ən yaxşı transferdir.
– Deyirlər ki, “Barselona” onunla maraqlanır.
– “Bavariya” satmayan, amma alan klubdur.
– Onun qalacağını dəqiq deyə bilərsinizmi?
– Bəli. Və “Barselona”nın onu alacaq pulu yoxdur.
Mediada yayılan məlumatlara görə, Kataloniya klubu ingilis futbolçunu mövsümün sonunda azad agent olacaq Robert Levandovskinin uzunmüddətli varisi kimi nəzərdən keçirir.
Harri Keynin “Bayern”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
(publika)