AZ

Arbeloa Mbappeyə təşəkkür etdi: “Çətin günlər keçicidir”

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappe barədə paylaşım edib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis fransalı hücumçuya təşəkkür edib və onun istedadını xüsusi vurğulayıb.

“Çox sağ ol, Kilian Mbappe. Hər zaman fəxrlə deyəcəyəm ki, belə fövqəladə istedada malik qeyri-adi futbolçunu çalışdırmışam”, - deyə Arbeloa bildirib.

O, paylaşımında çətin dövrlərin daimi olmadığını da qeyd edib:

“Çətin günlər əbədi davam etmir, güclü insanlar isə qalır. Qarşıda bizi gözləyən hər şeyə doğru”.

Qeyd edək ki, Mbappenin “Real Madrid”dəki gələcəyi və komanda daxilindəki durumu son günlər mətbuatda geniş müzakirə olunur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr