İsrail ordusu Livanın Hizbullah hərəkatına məxsus təxminən 100 metr uzunluğunda dörd yeraltı tunelin aşkarlandığını və məhv edildiyini açıqlayıb.
Azreform.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumat yayıb.
Tunel Livanın cənubundakı Dov dağı ərazisində aşkar edilib.
İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir: "İDF İsrail mülki şəxsləri və İDF heyəti üçün təhdidlərə qarşı hərəkət etməyə davam edəcək və siyasi rəhbərliyin əmirlərinə uyğun hərəkət edəcək".
Elvin
Azreform.info