AZ

"Əgər bunu təşkil edəcəksinizsə, mən hazıram!”

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx Aleksandr Usikə növbəti döyüşü üçün rəqib təklif edib. Həmçinin o, Usikin 24 may gecəsi Misirdə keçirilən titul döyüşündə məğlub etdiyi Riko Verhovenlə potensial revanş döyüşünü də elan edib.

Publika.az xəbər verir ki, döyüşdən sonra Əl-Şeyx deyib: “Biz bunu görmək istəyirik. Biz Usikin Kabayel ilə döyüşməsini və Verhoeven ilə revanş döyüşünü görmək istəyirik”.

Usik cavab verib: “Turki, əgər bunu təşkil edəcəksinizsə, mən hazıram!”

Seçilən
31
publika.az

1Mənbələr