AZ

Millimizin futbolçusu Neftçi də xaricdən təklifləri olsa da...

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Şamaxı”dan ayrılacaq Rüfət Abbasovun karyerasını Azərbaycanda davam etdirəcək.

Sportal.az "İdmanxeber.az"a istinadən xəbər verir ki, gənc futbolçu “Neftçi” ilə anlaşıb. Abbasovun ölkəxaricindən də təkliflər var idi. Ancaq o, “ağ-qaralar”dan gələn sərfəli təklifi qəbul edib.

Millimizin üzvü “Neftçi”də illik 260 min manat maaşa razılaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.

Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. Bakı təmsilçisi 2 il öncə gənc futbolçusu ilə yollarını ayırıb. Abbasov bu mövsüm “Şamaxı”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 1 qol və 7 məhsuldar ötürməylə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
sportal.az

3Mənbələr