İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək.
Bizim.Media xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb.
"İran son anadək "Hizbullah"ı dəstəkləyəcək və heç vaxt bu dəstəyi dayandırmayacaq", - A. Əraqçi bildirib.
Onun sözlərinə görə, bu dəstək İranın öldürülən Ali rəhbəri Əli Xameneiyə verdiyi əhddir:
"Bəzi region ölkələrinin İran ilə ABŞ arasındakı gərginliyi azaltmaq məqsədilə vasitəçilik etdiyi ilk anlardan etibarən İran hər hansı bir razılaşmanın Livanda atəşkəsin bərqərar olması ilə müşayiət olunmalı olduğunu təkid edib".
Bizim.Media