AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin qalibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların final oyunları keçirilib. Nəticələr aşağıdakı kimidir:
5-ci sinif qızlar, final
Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi – 3:2
5-ci sinif oğlanlar, final
Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi - Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi – 3:2
7-ci sinif oğlanlar, final
Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi – 2:1
Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçirilib. Hər yaş qrupunun finalında məğlub olan komanda gümüş medal, qaliblər isə qızıl medal və kubokla təltif olunublar.
Bundan başqa, fərdi mükafatlar da verilib. 5-ci sinif qızlarda Nurgül Əhmədzadə (Nəsimi) ən yaxşı qapıçı, Zəhra Vəlizadə (Naftalan) ən yaxşı oyunçu, 5-ci sinif oğlanlarda Raul Hacıyev (Şəmkir) ən yaxşı qapıçı, Murad Tağıyev (Suraxanı) ən yaxşı oyunçu, 7-ci sinif oğlanlarda Muhiddin Muradov (Zaqatala) ən yaxşı qapıçı, Umut Arslanov (Saatlı) ən yaxşı oyunçu seçilib.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.