AZ

Türkiyənin polad ixracı apreldə 10,6% artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin aprel ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 1 milyard 438 milyon 222 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 5 milyard 237 milyon 843 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (aprel 2026 - aprel 2025) Türkiyə 16 milyard 451 milyon 14 min dollar məbləğində polad ixrac edib.

Seçilən
22
1
turkic.world

2Mənbələr