AZ

Rubio İranla danışıqlardan razı olsa da, Tehrana yenə xəbərdarlıq edib

ABŞ Dövlət Katibi Marko Rubio İranla danışıqlarda irəliləyiş əldə edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, Yeni Dehlidə jurnalistlərə İranla dialoqla bağlı sualı cavablandırarkən bildirib.

"Müəyyən irəliləyiş əldə edilib. Hətta danışdığım müddətdə də işlər davam edir. Bu gün, sabah və ya bir neçə gündən sonra deyəcək bir sözümüz ola bilər", - deyə o əlavə edib.

Rubio ölkəsinin İran məsələsini bu və ya digər şəkildə həll etmək niyyətində olduğunu, lakin hazırda bunu diplomatiya yolu ilə etməyə çalışdığını bildirib:

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp həmişə bu cür məsələləri diplomatik razılaşmalar vasitəsilə həll etməyə üstünlük verir və hazırda bunun üzərində işləyirik, amma Prezidentin artıq açıq şəkildə bildirdiyi kimi, bu məsələ bu və ya digər şəkildə həll olunacaq. Ümid edirik ki, bu, diplomatik yolla həyata keçiriləcək, üzərində işlədiyimiz məsələ budur".

Seçilən
10
28
far.az

10Mənbələr