AZ

Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 23-nə keçən gecə Rusiyada bir sıra mühüm obyektlərə, xüsusilə Krasnodar diyarındakı "Şesxaris" neft terminalına zərbələr endirib.

"Far.Az"un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"2026-cı il mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir sıra mühüm obyektlərə zərbələr endirib. Xüsusilə "Şesxaris" neft terminalı (RF, Krasnodar diyarı, Novorossiysk) vurulub – terminalın ərazisində yanğının baş verdiyi təsdiqlənib. Novorossiysk yaxınlığında "Qruşevaya" tranzit neft bazası da vurulub – obyektin ərazisində yanğın qeydə alınıb", – məlumatda deyilir.

Seçilən
17
5
far.az

6Mənbələr