Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Şirak Regional Polis İdarəsinin əməkdaşları tərəfindən görülən birgə tədbirlər nəticəsində "Çiçəklənən Ermənistan" partiyasının bir qrup üzvünün Milli Məclisə seçkilərin təyin edilməsi qərarının qüvvəyə mindiyi gündən seçki nəticələrinin yekununa qədər xeyriyyəçilik adı altında seçici olan Gümrü şəhər sakininin evinin təmiri üçün tikinti materialları ilə pulsuz təmin etdiyi barədə məlumat əldə edilib.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hadisə ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, bir qrup şəxs həbs edilib, bir sıra axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.