ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas adı “İnter”lə hallanan Niko Pasla bağlı açıqlama verib.
Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis argentinalı futbolçunun “neradzurra”ya keçməyəcəyini bildirib:
“Pas hələlik bizimlədir. O, “İnter”də oynamayacaq. Ya “Real”a gedəcək, ya bizimlə qalacaq. Başqa variant yoxdur”.
Pas bu mövsüm A Seriyasında 35 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.