Ötən il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 558 müraciət daxil olub. Zorakılığa məruz qalanların 83-ü kişi, 539-u qadın, 515-i uşaq olub.
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.
Zorakılıq törədən 549 kişidən 228-i ər, 108-i keçmiş ər, 27-si isə qeyri-rəsmi münasibətlərdə olduğu şəxs olub.
Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 169-u psixi, 343-ü fiziki, 35-i iqtisadi və 11-i cinsi zorakılığa məruz qalıb.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta