AZ

Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.

Hadisə may ayının 21-də, axşam saatlarında baş verib. 

Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində batma təhlükəsi ilə üzləşən 1988-ci il təvəllüdlü M.N. dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

Digər şəxs, 1987-ci il təvəllüdlü Rzayev Əlipaşa Kərim oğlunun isə cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq, aidiyyati üzrə təhvil verilib.
 

Seçilən
36
7news.az

1Mənbələr