Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 23 may, AZƏRTAC
Bu gün bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən Azərbaycan Milli Kitabxanasının 103 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, “Azərbaycan Milli Kitabxanası – 1923-2026” adlı virtual və “Azərbaycan Milli Kitabxanası - 103” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a verilən məlumata görə, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli Şəxsiyyətlər Milli Kitabxana haqqında “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn Xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” düymələrində materiallar tam mətnləri ilə təqdim olunur.
Virtual sərgidə rəsmi sənədlər, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat məqalələri tam mətnləri ilə təqdim olunur.
Ənənəvi sərgidə isə ölkəmizin Baş Kitabxanasının bir əsrlik tarixi və keçdiyi şərəfli inkişaf yolu, möhtəşəm elm və mədəniyyət ocağının dünəni, bu günü və sabahı bəhs edən məlumatları özündə əks etdirən kitablar sərgilənir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.