AZ

Güclü yağışlar bu yolu yararsız vəziyyətə saldı

Quba rayonunda güclü yağışlar səbəbindən yollardan birində çökmə meydana gəlib. Hadisə Quba-Tüləkəran avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, baş verən çökmə nəticəsində Aşağı Tüləkəran və Yuxarı Tüləkəran kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib, Tülər kəndində isə nəqliyyat hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Məsələ ilə bağlı açıqlama verən Tüləkəran inzibati ərazi dairəsinin nümayəndəsi Elxan Məmmədhüseynov bildirib ki, hadisədən sonra əraziyə baxış keçirilib və yolun bərpası üçün işlərə başlanılıb. Hazırda sakinlərin rayon mərkəzinə gediş-gəlişini təmin etmək məqsədilə alternativ yol çəkilir. /Milli.az

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr