AZ

Havay adalarında güclü zəlzələ olub

Havay adalarında 6 maqnitudalı zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 km cənub-şərqdə yerləşir, ocağı isə 16 km-dən bir qədər daha çox dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Bizim.Media

Seçilən
22
6
bizim.media

7Mənbələr