AZ

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

Türkiyənin aparıcı media nümayəndələri hazırda Ukraynadakı mövcud vəziyyət və Rusiyanın tammiqyaslı işğalının nəticələri ilə tanış olmaq üçün Ukraynada səfərdədilər.

“İki sahil” xəbər verir ki, türk jurnalistlərindən ibarət nümayəndə heyətinə Anadolu və Anka agentlikləri, “Habertürk TV”, “TRT Haber” TV, “A Haber” TV, “Demirören” Xəbər Agentliyi və “CNN Türk” TV daxil olmaqla, aparıcı Türkiyə media qurumlarının nümayəndələri daxildir.

Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko türk jurnalistləri ilə görüşüb. O media nümayəndələrinə Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Rusiya Ukraynanı öz şərtlərini qəbul etməyə məcbur etməyə çalışır. “Əlbəttə ki, Rusiya təcavüzkar terror hücumlarını davam etdirə bilər və mütləq edəcək, bununla da infrastruktura zərər verə və hətta Ukrayna mülki əhalisi arasında itkiləri artıra bilər. Lakin Rusiya müharibədə heç vaxt məqsədinə çata bilməyəcək”, deyə Oleksandr Mişenko əlavə edib.

Nazir müavini Türkiyənin Ukrayna üçün hərbi müttəfiq, strateji tərəfdaş və dost ölkə kimi rolunun vacib əhəmiyyətini qeyd edib. "2014-cü ildə Rusiya işğalının ilk anından Türkiyə Prezidenti Krım və Donbasın Rusiya tərəfindən işğalını tanımadığını açıq şəkildə bildirib", deyə Mişenko vurğulyıb.

Oleksandr Mişenko Türkiyəyə hərbi əsirlərin qaytarılması səylərinə görə dərin minnətdarlığını bildirib və Ukraynanın Türkiyədə Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu vurğulayıb. "Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, Ukrayna istənilən danışıqlar mərhələsinə hazırdı, lakin bu danışıqlar Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılmalıdır", - deyə nazir müavini qeyd edib və əlavə edib ki, davamlı sülh beynəlxalq tərəfdaşlarımızın Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərindən asılıdır.

Seçilən
33
50
ikisahil.az

10Mənbələr