AZ

Lənkəranskinin adamı olan polkovniklə bağlı qərar verildi

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Cinayət Axtarış İdarəsinin rəis müavini polis polkovniki Sergey Akimov vəzifəsindən uzaqlaşdırılıb. Yerli medianın məlumatına görə, o, Telegram kanallarının administratorlarına qarşı aparılan “ov” əməliyyatlarına kuratorluq edib.

Editor.az  lent.az-a istinadən bildirir ki, Akimov əvvəllər korrupsiya ittihamı ilə bir il həbsdə yatıb. Onun bir sıra “qanuni oğrular” və mütəşəkkil cinayətkar qruplarla sıx əlaqələri olduğu deyilir. Lakin Akimovun bioqrafiyası və fəaliyyəti ilə bağlı bu məqamların üstü indi açılıb. Nəticədə onun barəsində Rusiya DİN-in Baş Daxili Təhlükəsizlik İdarəsi tərəfindən genişmiqyaslı yoxlama başlanıb və o, istefaya göndərilib.

Telegram kanal administratorlarına qarşı bütün əməliyyat tədbirləri Moskva Cinayət Axtarış İdarəsində Akimovun rəhbərlik etdiyi 12-ci şöbənin əməkdaşları tərəfindən keçirilib. Daha sonra Akimov idarə rəisinin müavini vəzifəsinə yüksəlib. O, bəzi axtarışlarda şəxsən iştirak etsə də, protokollarda adı qeyd olunmayıb. Adətən bütün proseslərə rəsmi şəkildə Akimovun “sağ əli” hesab olunan Gritskov rəhbərlik edib.

85972

Sergey Akimov

Mənbənin iddiasına görə, Akimov vəzifə borcunu özünəməxsus şəkildə yerinə yetirərək bəzi avtoritetlərin sifarişi ilə digərlərini həbs etdirib. Xüsusilə o, “qanuni oğru” Rövşən Canıyevlə yaxın münasibətlər qurub və onun üçün bir çox tapşırıqları yerinə yetirib. Daha sonra isə özü qarşılıq istəyərək kriminal avtoritet Gursel Saifulovın “taclandırılmasını” təşkil etdirib. Gursel yalnız Akimovun yaxın dostu deyil, həm də qohumudur: o, əməliyyatçının qohumlarından biri ilə evlidir.

Caniyevin öldürülməsindən sonra Akimov və onun yaxın çevrəsi Lənkəranskinin əmisi oğlu Zaur Əhmedov ilə sıx əlaqələri davam etdiriblər.

Seçilən
2
1
editor.az

2Mənbələr