Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 23 may, AZƏRTAC
Hər peşənin öz çətinliyi var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev qurum tərəfindən Şamaxıda təşkil edilən seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, futbolun azarkeş kütləsi daha çox olduğunu üçün hakimlərin məsuliyyəti artır: "Güləşə gəlincə, hakim özü də xalçada güləşməlidir. Özümdən danışıram, mən də güləşçiləri kimi döşəkdə mübarizə aparıram. Xalça üzərində olan hakimin məsuliyyəti digərlərindən daha çox olur. Son qərarı xalça rəhbəri verir"
"Mən özüm də mexaniki səhvlər etmişəm. Bəzən olub ki, fiti erkən səsləndirmişəm. Amma 19 illik karyeram ərzində heç vaxt ciddi səhvim olmayıb. Beynəlxalq qurum tərəfindən yarışlardan kənarlaşdırılmamışam", - deyə mütəxəssis qeyd edib
Müxbir - Cavid Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.