Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Fövqəladə Qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 13 şübhəli saxlanılıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Qəhrəmanmaraş, Kilis və Malatyada həyata keçirilib.
Saxlanılan şəxslər "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə ittiham olunurlar.
Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə yenidən sədr postuna qaytarılıb.