AZ

“Qarabağ” və “Sabah” qələbə qazandı

Azərbaycan Premyer Liqasında sonuncu – 33-cü turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün 2 matç keçirilib.

“Turan Tovuz”  Masazırda “Sabah”la qarşılaşıb. Qeyd edək ki, görüş Tovuz şəhər stadionunda keçirilməli idi. Lakin orda təmir işlərinə başlandığından “Sabah” rəqibini qəbul edib. Görüş Valdas Dambrauskasın komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.

Digər matçda “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Dramatik qarşılaşmada Ağdam klubu 4:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, sözügedən komandalardan “Sabah” çempionluğu, “Qarabağ” 2-ci, “Turan Tovuz” isə 3-cü yeri təmin edib.

22 may (cümə)

19:30. “Sumqayıt” – “Qarabağ” – 3:4

Qollar: Ramil Şeydayev, 3 (0:1), Emmanuel Addai, 21 (0:2), Səbuhi Abdullazadə, 53 (1:2), Ramil Şeydayev, 64 (1:3), Rüstəm Əhmədzadə, 76 (2:3), Aleksey Kaşuk, 85 (2:4), Emil Mustafayev, 90+3 (3:4)

Baş hakim: Elvin Bayramov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Turan Tovuz” – “Sabah” – 1:2

Qollar: Aron Maluda, 15 (1:0), Xəyal Əliyev, 64 (2:0), Ayxan Hüseynov, 86 (1:2)

Baş hakim: Rauf Cabarov

“Bank Respublika Arena”

21 may (cümə axşamı)

“Qəbələ” – “Şamaxı” – 3:1

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”

19:00. “Araz-Naxçıvan” – “Zirə”

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax”

Seçilən
24
7
msport.az

10Mənbələr