AZ

Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib...

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayış baş verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.

Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.

Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.

Poliqon.info

Seçilən
35
5
poliqon.info

10Mənbələr