AZ

Döşəklərdəki nəm qoxusunu yox etməyin pulsuz və əziyyətsiz üsulu

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaz aylarında çarpayının təravətli qalması üçün yataq dəstlərini yumaq kifayət etmir. Ev dizaynı üzrə mütəxəssis Süzanna Heyes bildirib ki, təmizlik zamanı çox vaxt döşəklər unudulur. Halbuki döşəklər zaman keçdikcə havadan və gündəlik istifadədən rütubəti özünə çəkir. Bu isə yataqdakı təmizlik və təravət hissini korlayır.Demokrat.az xəbər verir ki, döşəkdəki rütubəti aradan qaldırmaq üçün ucuz və effektiv üsul mövcuddur. Bunun üçün Epsom duzundan (ingilis duzu) istifadə etmək lazımdır. Sözügedən vasitə havadakı nəmişliyi təbii şəkildə özünə çəkmək qabiliyyətinə malikdir. Süzanna Heyes üsulun üstünlüklərini belə izah edib:"Burada döşəyi islatmaq və ya ona hər hansı sərt kimyəvi maddə vurmaq lazım gəlmir. Sadəcə döşəyin ətrafında daha quru mühit yaradılır ki, bu da yaranan xoşagəlməz qoxu və rütubət hissini aradan qaldırır".Üsulun tətbiqi olduqca sadədir. Təxminən 100-200 qram Epsom duzunu dayaz qaba və ya podnosa töküb, gün ərzində bir neçə saatlıq döşəyin üzərinə və ya yanına qoymaq lazımdır. Proses bitdikdən sonra duzu götürüb otağın havasını dəyişmək kifayətdir. Dizayner daha yaxşı nəticə üçün otağın pəncərəsini açmağı tövsiyə edir:"Eyni vaxtda pəncərəni də aça bilsəniz, daha yaxşı nəticə əldə edərsiniz. Duz artıq rütubəti çəkir, təmiz hava isə onu uzaqlaşdırır. Sadə görünsə də, bu üsul ciddi fərq yaradır".Mütəxəssis onu da əlavə edib ki, bu üsul yalnız yüngül rütubəti çəkmək və təravət yaratmaq üçün faydalıdır. Döşəkdə dərin ləkələr və ya kəskin qoxular varsa, daha ciddi təmizlik işləri görülməlidir.Yəni, döşəkdə yığılan və yatağın təravətini pozan gizli rütubəti aradan qaldırmaq üçün bir qabda ingilis duzunu gün ərzində çarpayının üzərində saxlamaq və otağın havasını dəyişmək kifayətdir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
demokrat.az

1Mənbələr