AZ

Şimali Koreya küçələrində gizli ÇƏKİLİŞ VİDEO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şimali Koreya küçələrindən yayılan gizli çəkiliş sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, bir turist tərəfindən lentə alındığı iddia edilən görüntülər xüsusilə şəhərdəki qəribə sakitliklə diqqət çəkib.

Kadrlarda küçələrin demək olar ki, boş olması və avtomobillərin demək olar ki, görünməməsi izləyicilər arasında müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri görüntülərdəki sakit atmosferin qeyri-adi göründüyünü bildiriblər.

Paylaşılan videoda geniş küçələr, az sayda piyadalar və nəqliyyatın yox dərəcəsində olması diqqətdən yayınmayıb. Bəzi istifadəçilər bunu ölkədə tətbiq olunan sərt qaydalar və mövcud rejimlə əlaqələndiriblər.

Gizli çəkiliş olduğu deyilən görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılıb. İzləyicilər arasında ölkədə gündəlik həyatın necə keçdiyi ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

Qeyd edək ki, Şimali Koreyada xarici turistlərin hərəkəti və çəkiliş aparması müəyyən qaydalarla tənzimlənir. Bu səbəbdən ölkədən yayılan fərqli görüntülər adətən sosial mediada böyük maraq doğurur.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
news.milli.az

1Mənbələr