AZ

Fransa Almaniya və Britaniyanın uzaqmənzilli raket proqramına qoşulmaq istəyir

ain.az, Apa.az saytına istinadən bildirir.

Fransa Böyük Britaniya və Almaniyanın birgə həyata keçirdiyi uzaqmənzilli raket proqramına qoşulmaq niyyətindədir.

“Financial Times” qəzetinin məlumatına görə, məsələ ilə bağlı danışıqlar iyunun əvvəlində keçiriləcək.

Nəşr yazır ki, Paris bu proqramda iştirak etməklə adi silahlarla nüvə çəkindirməsi arasında mövcud boşluğu azaltmağa çalışır.

Məlumata əsasən, Berlin Fransanın qoşulmasına müsbət yanaşır. Lakin Britaniya tərəfi yeni tərəfdaşın müdafiə sənayesi maraqları və silah konsepsiyası səbəbindən proqramdakı tarazlığı poza biləcəyindən ehtiyat edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
apa.az

2Mənbələr