AZ

“Real Madrid” Arda Güler barədə QƏRARINI VERDİ

“Real Madrid” klubu gənc ulduzu Arda Güler üçün gələn bütün təkliflərdən imtina edəcək.

KONKRET.az bildirir ki, Güler üçün bu yaxınlarda edilən 80 milyon avroluq təklif anında rədd edilib.

“Kral klubu” gənc istedadı üçün kənardan hər hansı bir razılaşmanın qeyri-mümkün olduğunu açıq şəkildə nümayiş etdirib.

“Real Madrid” böyük gəlir qazanmaq əvəzinə futbolçunun davamlılığına və idman layihəsinin qorunmasına önəm verir. Klub daxilindəki mənbələr bu mövqeyin qəti olduğunu təsdiqləyirlər.

Rəhbərlik, məşqçilər heyəti və klubun müxtəlif instansiyaları Arda Gülerin satışının yaxın gələcək planlarına daxil olmaması ilə bağlı qərarda həmfikirdirlər. (Oxu.Az)

Seçilən
19
5
konkret.az

6Mənbələr