AZ

İnyesta məşqçilik karyerasına başlayır Klubu bəlli oldu

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

“Barselona”nın əfsanəsi Andres İnyesta məşqçilik karyerasına başlayır.

Moderator.az xəbər verir ki, ispaniyalı sabiq yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərində çalışacaq.

Bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, İnyesta BƏƏ təmsilçisi “Qulf Yunayted”lə baş məşqçi vəzifəsi ilə bağlı razılığa gəlib.

Tərəflər arasında bütün şərtlər razılaşdırılıb. Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, BƏƏ Birinci Liqasında çıxış edən “Qulf Yunayted” hazırda 26 oyundan sonra 25 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
moderator.az

3Mənbələr