AZ

Qurban Qurbanov: "Bunun üçün Elvinə icazə vermişik"

BAKI, 22 may. TELEQRAF

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacaq futbolçularla bağlı danışıb.

Teleqraf xəbər verir ki, təcrübəli mütəxəssis yaxın günlərdə bu məsələyə aydınlıq gələcəyini söyləyib.

“Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun məlumat olacaq. Bizdən asılı olmayan məsələlər də var”.

Baş məşqçi Elvin Cəfərquliyevin durumu barədə də fikir bildirib:

“Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın”.

Qeyd edək ki, Elvin Cəfərquliyevin adı son vaxtlar xarici klublarla hallanır.

Seçilən
31
11
teleqraf.com

10Mənbələr