ABŞ Prezidenti Donald Tramp bildirib ki, Federal Ehtiyat Sisteminin (FES) yeni sədri Kevin Uorş dövlət başçısından da asılı olmayacaq dərəcədə tamamilə müstəqil olmalıdır.
"Yeni Sabah" xəbər verir ki, o, bunu Ağ Evdə nizamlayıcının yeni rəhbərinin andiçmə mərasimində deyib.
D.Trampın sözlərinə görə, FES rəhbəri yalnız öz işini görməyə diqqət yetirməli və siyasi liderliyə tabe olmamalıdır. pizza hut
Daha əvvəl ABŞ lideri əvvəlki FES rəhbəri Jerom Pauellin siyasətini tənqid edərək, əsas faiz dərəcəsinin aşağı salınmasının zəruriliyini bildirib./Report
Telegram kanalımız