AZ

Yunanıstanda Azərbaycan vətəndaşına casusluq hökmü – hərbi baza işi böyüyür

Yunanıstanda 27 yaşlı Azərbaycan vətəndaşına casusluq ittihamı ilə 7 il 1 ay həbs cəzası verilib.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, hökm Krit adasındakı “Suda” hərbi bazası ilə bağlı aparılan istintaq çərçivəsində çıxarılıb.

Məlumata əsasən, həmin şəxs hərbi bazanın yaxınlığındakı oteldə qalaraq dövlət və hərbi sirr hesab olunan məlumatları toplamaqda ittiham olunub. Məhkəmədə sübut kimi Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus freqatın yanacaq doldurulmasını əks etdirən 23 video və 9 foto təqdim edilib.

Bildirilir ki, onun otağından teleobyektivli kamera və məlumat daşıyıcıları götürülüb, kompüterində isə xüsusi şifrələmə proqramı aşkarlanıb.

Təqsirləndirilən şəxs ittihamları qəbul etməyərək yalnız açıq məkanların şəkillərini çəkdiyini bildirib. Müdafiə tərəfi hökmə apellyasiya şikayəti verəcəyini açıqlayıb.

 

Musavat.com

Seçilən
2
6
musavat.com

7Mənbələr