AZ

38 yaşlı Messinin sərvəti 1 milyard dolları keçdi...

Futbol üzrə Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin sərvəti açıqlanıb. SİA-nın məlumatına görə, bu haqda "Bloomberg" məlumat yayıb. 38 yaşlı forvardın sərvəti 1 milyard dolları keçib.

2007-ci ildən bəri futbolçu maaş və bonuslardan 700 milyon dollardan çox qazanıb. Təhlil göstərir ki, vergilər, bazar göstəriciləri, investisiyalar və sponsorluqlardan əldə edilən gəlir nəzərə alındıqdan sonra onun xalis sərvəti 1 milyard dolları keçib. Messi dünyanın ən varlı idmançılarından biri olub.

Onun ABŞ-a köçməsi bu rəqəmə təsir edib. İnter Mayamidən gələn ödənişlər, televiziya gəlirləri, daşınmaz əmlak investisiyaları və Argentina restoran şəbəkəsindəki paydan əldə edilən gəlir Messinin sərvətində mühüm rol oynayıb.

Seçilən
0
3
sia.az

4Mənbələr