AZ

İrəvanda “Azərbaycan izi” axtarışı – Rusiyalılar həbs olundu

Ermənistanda ötən ildən bəri Azərbaycan lehinə casusluq fəaliyyəti göstərməkdə ittiham olunan 6 Rusiya vətəndaşının saxlanıldığı bildirilir.

Musavat.com xəbər verir ki, məsələ regionda təhlükəsizlik balansı və geosiyasi münasibətlər fonunda geniş müzakirələrə səbəb olub.

Məlumata görə, mövzu ilə bağlı danışan akademik Dr. Gözdə Kılıç Yaşın bildirib ki, Ermənistanda aparılan bu tip casusluq araşdırmaları yalnız hüquqi müstəvidə deyil, həm də Cənubi Qafqazda dəyişən güc balansı çərçivəsində qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik, Azərbaycanla davam edən təhlükəsizlik rəqabəti və regionda nüfuz uğrunda mübarizə bu proseslərin sırf hüquqi məsələ kimi qəbul edilməsini çətinləşdirir.

Musavat.com

Seçilən
5
50
musavat.com

10Mənbələr