AZ

BMT baş katibinin müavini "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanışOLDU

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Amina Mohammed "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Redaktor.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görüldüyü bildirilib, o cümlədən "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan Töhfə Sazişinin əhəmiyyəti də xüsusi vurğulanıb. Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə "ASAN xidmət" modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur və bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.

BMT baş katibinin müavini görüş çərçivəsində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, "Səyyar ASAN xidmət"in, ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

 

22222
Seçilən
36
23
redaktor.az

10Mənbələr